İdman

Millətlər Liqası: Qadın futbolçulardan ibarət Azərbaycan millisi sonuncu oyununu keçirəcək

Sharing is caring!


Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında sonuncu matçını keçirəcək.

“Report”un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Farer adalarını qəbul edəcək.

“Dalğa Arena”da gerçəkləşəcək qarşılaşma saat 19:00-da start götürəcək. C Liqasının 3-cü qrupunun digər matçında Kipr millisi Monteneqronun qonağı olacaq. Həmin görüş də eyni vaxtda başlayacaq.

Yığmamız 13 xalla qrup liderliyini ötən turda təmin edib və B Liqasına yüksəlib. Monteneqro 9 xalla ikinci, Kipr 7 xalla üçüncü, xalı olmayan Farer adaları isə sonuncudur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir