İdman

“Bavariya”nın bugünkü oyunu təxirə salınıb

Sharing is caring!


“Bavariya” və “Union” (Berlin) komandaları arasında bu gün keçirilməsi planlaşdırılan Almaniya Bundesliqasının XIII turunun oyunu təxirə salınıb.

Məlumata görə, oyunun təxirə salınmasına Münhen şəhərindəki hava şəraiti səbəb olub.

Matç güclü qar yağması üzündən təxirə salınıb. Qarşılaşmanın hansı tarixdə gerçəkləşəcəyi bəlli deyil.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 18:30-da başlanmalı idi.

Mənbə: RİA novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir