İdman

UEFA reytinqi: Azərbaycan xal ehtiyatını artıraraq Rusiyaya daha da yaxınlaşıb

Sharing is caring!


Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.

“Report”un məlumatına görə, bu, “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə “Molde” ilə heç-heçə (2:2) etməsi sayəsində mümkün olub.

Bu bərabərlik sayəsində ölkə reytinqinə daha 0,250 xal əlavə edilib. Azərbaycan hazırda 18,125 əmsalla 29-cu pillədə qərarlaşıb. Cari mövsümdəki əmsal isə 3,875-ə çatıb.

UEFA-nın qərarı ilə klubları avrokuboklarda iştirak etməyən Rusiya 18,632 xalla 28-ci sıradadır.
Reytinqə 98,678 əmsalla İngiltərə başçılıq edir. İspaniya (84,739) ikinci, İtaliya (80,998) isə üçüncü pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir