İdman

Konor Makqreqor dördüncü dəfə ata olub – FOTO

Sharing is caring!


Tanınmış döyüşçü Konor Makqreqor dördüncü övladının dünyaya gəldiyini açıqlayıb.

İdman ulduzu həyat yoldaşı və yeni doğulmuş körpəsinin fotosunu nümayiş etdirib.

35 yaşlı irlandiyalı sosial şəbəkələrdə pərəstişkarlarına sevincli hadisə barədə danışıb.

“Daha bir sağlam oğlan dünyaya gəldi. Di, sən mənim qəhrəmanımsan”, – deyə idmançı həyat yoldaşına müraciət edib.

Xatırladaq ki, Konorun həyat yoldaşı Di Devlindən üç övladı var: Altı yaşlı Konor Cek, dörd yaşlı Kroya və iki yaşlı Rayan.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir