İdman

Kriştianu Ronaldu ABŞ-də məhkəməyə verildi

Sharing is caring!


“Əl-Nasr”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun, “Binance” kriptovalyuta birjasının reklamı və təşviqi ilə məşğul olduğu üçün ABŞ-də kollektiv iddia qaldırıblar.

Verilən məlumata görə, ABŞ-nin Florida ştatının Dairə Məhkəməsində qaldırılan iddiaya əsasən Ronaldunun köməyi ilə “Binance” birjası qeydiyyatdan keçməmiş qiymətli kağızlara investisiya cəlb edib və buna görə də iddiaçılar zərər çəkiblər. Bundan əlavə, iddiada Ronaldunun “Binance”ın qeydiyyatdan keçməmiş kripto-qiymətli kağızlarının satışı haqqında məlumatlı olduğu bildirilir, çünki onun investisiya təcrübəsi və üçüncü tərəf məsləhətçilərini cəlb etmək üçün geniş resursları var.

Buna əsaslanaraq, iddiaçılar dəymiş ziyanın və məhkəmə xərclərinin tam ödənilməsini tələb edirlər.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir