İdman

“Qəbələ” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı

Sharing is caring!


“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv turnirin II mərhələsində Yunanıstanda “Olimpiakos”un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 4:0. Qəbələdə gerçəkləşən ilk matçda rəqibinə 3:0 hesabə ilə məğlub olan “qırmızı-qaralar” mübarizəni dayandırıb.

Qeyd edək ki, “Qəbələ” I təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu üstələyib – 1:1, 1:0.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir