İdman

“Qəbələ” topdaşıyanlara, “Turan Tovuz” azarkeşlərinə görə cərimələndi

Sharing is caring!


AFFA İntizam Komitəsi “Qəbələ” və “Turan Tovuz” klublarını cərimələyib.

AFFA-dan verilən məlumatına görə, buna komandalar arasında Azərbaycan Premyer Liqasının XIV turunun oyununda baş verən qayda pozuntuları səbəb olub.

Qarşılaşmanın 86-cı dəqiqəsində topdaşıyanlar meydana daxil olduğuna görə “Qəbələ” 500 manat cərimə edilib. 90+2-ci dəqiqədə isə “Turan Tovuz” azarkeşləri pirotexniki vasitədən istifadə etdikləri üçün Tovuz təmsilçisi 1500 manat ziyana düşüb.

Qeyd edək ki, “Qəbələ” – “Turan Tovuz” matçı meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir