İdman

Lebron Ceyms daha bir rekorda imza atıb

Sharing is caring!


ABŞ-nin “Los-Anceles Leykers” klubunun basketbolçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) daha bir rekorda imza atıb.

39 yaşlı oyunçu bunu “Filadelfiya”ya 94:138 hesabı ilə uduzduqları qarşılaşmada gerçəkləşdirib.

Həmin görüşdə 30 dəqiqə meydanda olan Ceyms əfsanəvi basketbolçu Kərim Abdul Cabbarın 66 300 dəqiqəlik uğurunu geridə qoyub.

Lebron Ceyms NBA-da ümumilikdə 66319 dəqiqə parket üzərində olub.

Təcrübəli oyunçu karyerasının ən böyük məğlubiyyəti ilə üzləşdiyi üçün bu rekordun onun üçün o qədər də vacib olmadığını vurğulayıb.

Qeyd edək ki, Lebron Ceyms daha əvvəl NBA-da 39 min xalı keçən ilk basketbolçu kimi tarixə düşüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir