İdman

AFFA-nın baş katibi De Byaziyə görə jurnalistlərdən üzr istəyib

Sharing is caring!


AFFA Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin jurnalistlər haqqında fikirlərinə münasibət bildirib.

Apasport.az xəbər verir ki, bu, AVRO-2024-ün seçmə mərhələsinin Belçika (0:5) ilə oyunundan sonra baş verib.

Assosiasiyanın baş katibi Sərxan Hacıyev italiyalı mütəxəssisin işlətdiyi ifadələrə görə mətbuat nümayəndələrindən üzr istəyib.

67 yaşlı mütəxəssis Brüsseldəki matçdan sonra keçirilən mətbuat konfransında azərbaycanlı jurnalistlər barədə xoşagəlməz sözlər işlədib:

“Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Bu barədə heç nə bilmirlər, axmaq suallar verirlər və sadəcə, axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar “Fiat 500” ilə “Ferrari” komandasına qalib gələ bilməyəcəyimizi görməyə qadir deyillər”.

Qeyd edək ki, italyan mütəxəssis belçikalı jurnalistlər başa düşsünlər deyə, tərcüməçidən açıq şəkildə bunu tərcümə etməyi xahiş edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir