İdman

Üzgüçülük üzrə Azərbaycan Kuboku yarışlarının keçiriləcəyi vaxt AÇIQLANDI

Sharing is caring!


Noyabrın 16-da Bakı Su İdman Sarayında üzgüçülük idman növü üzrə Azərbaycan Kuboku yarışları start götürəcək.

Bu barədə Azərbaycan Üzgüçülük Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışlarda bütün 200 FİNA xalı toplamış idmançılar iştirak edə bilərlər.

Bu turnir çoxnövçülük üzrə ölkə kuboku olmaqla şəxsi xarakter daşıyır və müxtəlif yaşlarda olan 120-yə yaxın idmançının mübarizəyə qatılacağı gözlənilir.

İdmançıların həvəsləndirilməsi məqsədilə bu yarışın reqlamentinə bəzi dəyişikliklər nəzərdə tutulub. Belə ki, bu turnirdə bütün idmançılar sprint və stayl məsafələrdə müxtəlif növlərdə üzməklə çoxnövçülük üzrə mübarizə aparacaqlar. Yarışda ilk pillənin qalibindən başqa digər yaxşı nəticələr göstərən idmançılar da medal və diplomlarla təltif olunacaqlar.

Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Su İdman Sarayının təşkilatçılığı ilə 4 gün davam edəcək ölkə kuboku yarışlarına noyabrın 19-da yekun vurulacaq.

Tədbirin son günü ölkə kubokunun qalibi və digər yüksək nəticə göstərən idmançılar mükafatlandırılacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir