İdman

“Qarabağ”ın zədəli qapıçısı bir həftədən sonra məşqlərə başlayacaq

Sharing is caring!


UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun “Bayer 04” ilə oyununda zədələnən “Qarabağ”ın qapıçısı Andrey Lunyovun son durumu bəlli olub.

“Köhlən atlar”ın mətbuat katibi Anar Hacıyev “Report”a açıqlamasında 32 yaşlı qolkiperin müalicəsinin davam etdiyini bildirib.

“Zədələndiyi günün ertəsi MRT olundu. Həkimlər bildirdilər ki, 10 gündən sonra yüngül məşqlərə başlayacaq. Artıq bunun üzərindən 3 gün keçib. Lunyovun bir həftədən sonra yüngül məşqlərə start verəcəyini deyə bilərik. İlkin diaqnoz belədir. Komanda istirahətdədir. Kollektiv toplaşdıqdan sonra ümumi vəziyyətin necə olduğunu daha dəqiq biləcəyik”, – deyə klub rəsmisi vurğulayıb.

Qeyd edək ki, görüş “köhlən atlar”ın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Matçı sona qədər davam etdirə bilməyən Lunyovu 85-ci dəqiqədə Luka Quqeşaşvili əvəzləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir