İdman

Fabreqas İtaliya klubunun baş məşqçisi olacaq

Sharing is caring!


İtaliyanın “Komo” komandasının baş məşqçisi Sesk Fabreqas olacaq.

Bu barədə insayder Fabrizio Romano öz “Facebook” sosial şəbəkə hesabında xəbər verib.

Fabreqas bu yay İtaliyanın “Komo” klubunda peşəkar futbolçu karyerasını başa vurub və dərhal klubun strukturunda gənclər komandasının məşqçisi olub. İspaniyalının rəhbərliyi altında onun yetirmələri liqada səkkiz oyun keçirib, bundan sonra onlar 12 xalla yeddinci yerdədirlər.

Bu təcrübədən sonra klub rəhbərliyi İtaliya B seriyasında çıxış edən əsas komandanı idarə etməyi Seskə həvalə etmək qərarına gəlib. “Komo”, liqada oynadığı 12 matçdan sonra 21 xalla 7-ci yerdədir. Fabreqas üçün bu, əsas komandanın baş məşqçisi qismində ilk təcrübəsi olacaq.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir