İdman

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”u məğlub edib

Sharing is caring!


Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

“Report” xəbər verir ki, günün ikinci matçında “Turan Tovuz” “Sabah”ı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 35-ci dəqiqədə penaltidən Fərid Nəbiyev, iki dəqiqə sonra Bruno Qonçalves vurub. Qonaqlarda 8, 26 və 42-ci dəqiqələrdə Davit Volkov fərqlənməklə het-trik müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran “Sabah” 7-ci pilləyə yüksəlib. Tovuz klubu 8-ci sıraya enib.

Qeyd edək ki, günün ilk görüşündə “Sumqayıt” səfərdə “Neftçi”yə qalib gəlib – 2:1. Turun “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Səbail” oyunları noyabrın 12-də gerçəkləşəcək. Ötən gün açılış matçında “Kəpəz” “Araz-Naxçıvan”ı minimal hesabla üstələyib – 1:0.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir