İdman

İtaliya A seriyası: “Milan” qələbə üzünə həsrət qalıb – VİDEO

Sharing is caring!


İtaliya A seriyasının 12-ci turu çərçivəsində “Milan” səfərdə “Leççe” ilə heç-heçə edib – 2:2.

Hesabı 28-ci dəqiqədə Olivye Jiru açıb. Yeddi dəqiqədən sonra Ticani Reynders “Milan”ın üstünlüyünü iki topa çatdırb.

66-cı dəqiqədə Nikola Sansone ev sahiblərinin ilk qolunu vurub. Lameka Banda isə 70-ci dəqiqədə komandasına bir xal qazandıran topu vurub.

“Milan” ölkə çempionatında cari ilin oktyabrın 7-dən qələbə üzünə həsrətdir. Komanda 23 xalla turnir cədvəlində üçüncü yerdə, “Leççe” isə 14 xalla 13-cü yerdə qərarlaşıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir