İdman

İsveç KİV-i Musa Qurbanlıdan razı deyil: “Zəif çıxış edir”

Sharing is caring!


İsveç mətbuatı “Yurqorden”in ölkə çempionatının 29-cu turu çərçivəsində “Sirius”a qarşı keçirilmiş oyunu barədə yazarkən, birincilərin mümkün start heyətini müzakirə edib və Musa Qurbanlının çıxışına da toxunub.

Sportinfo.az xəbər verir ki, yerli mətbuat azərbaycanlı hücumçunun performansı haqqında belə yazıb:

“Yurqorden”in hücum xəttində məhsuldarlığı zəif Musa Qurbanlı və Noel Milleskoq çıxış edir. Hansı ki, onlar bir-birinə bənzəyirlər.

Hər ikisi mövsümün sonuna yaxın zəifləyiblər. Start heyətində kimin yer alacağına qərar vermək çətindir.

Amma hələlik məşqçilər korpusu seçimdə üstünlüyü azərbaycanlı forvarda verirlər”.

“Yurqorden” evdə rəqibinə 2:4 hesabı ilə uduzub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir