İdman

UEFA Gənclər Liqası: “Qəbələ” – “Olimpiakos” oyununun hakimləri müəyyənləşib

Sharing is caring!


“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının ikinci mərhələsinin ilk oyunu çərçivəsində Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəyi qarşılaşmanın hakimləri açıqlanıb.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, noyabrın 8-də, saat 16:00-da Qəbələ şəhər stadionunda təşkil ediləcək oyunda ədaləti Gürcüstandan olan hakimlər briqadası qoruyacaq.

Baş hakim Qoqa Kikaçeşviliyə laysmanlar qismində David Axvlediani və Davit Qabisonia kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Tural Qurbanov yerinə yetirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir