İdman

Mehman Məmmədov: “Üç raund döyüşmək fikrim yoxdur”

Sharing is caring!


“Üç raund döyüşmək fikrim yoxdur. Yəqin ki, vaxtından tez bitəcək. Qələbə qazanmağa çalışacağam”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın MMA idmançısı Mehman Məmmədov “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil edəcəyi “Landmark 7” turniri ərəfəsində mətbuat konfransında deyib.

35 yaşlı döyüşçü türkiyəli Ferit Göktepe ilə keçirəcəyi görüşlə bağlı fikirlərini bildirib:

“Hazırlıq çox yaxşı gedir. Görüşə iki gün qalmasına baxmayaraq, çəkimizi salmaqla məşğuluq. Hər şey proqram üzrə davam edir. Azərbaycanda döyüşmək bizim üçün çox xoş və böyük məsuliyyətdir. “Rizin” kimi təşkilatın yarışı burada keçirməsi sevindirici haldır”.

Kunq-fu sanda üzrə dünya çempionu rəqibinin dəyişməsinə təəccübləndiyini söyləyib:

“Döyüşə iki gün qalmış rəqibim dəyişdi. Açığı, əvvəlki idmançıya qarşı hazırlaşmışdım. Amma rəqibin dəyişməsinin mənim üçün fərqi yoxdur. Heç bir idmançı iki gün öncədən belə bir döyüşü qəbul etməzdi. Düşünürəm ki, yaxşı döyüşçüdür”.

O, daha çox ayaq üstə döyüşməyə üstünlük verdiyini vurğulayıb:

“Güləş bazam da var. Ancaq əsasən ayaq üstə döyüşməyi xoşlayıram”.

Qeyd edək ki, Mehman Məmmədovla Ferit Göktepe arasında döyüş noyabrın 4-də Milli Gimnastika Arenasında keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir