İdman

“Qızıl top”un sahibi bu gün elan olunacaq

Sharing is caring!


Bu gün oktyabrın 30-da Parisdə, “Şatelet” teatrında “France Football” jurnalı tərəfindən 2022-ci il üçün dünyanın ən yaxşı futbolçusuna “Qızıl top” mükafatının təqdimetmə mərasimi keçiriləcək.

Qeyd edək ki, Fransa nəşrinin mükafatı futbol dünyasının ən nüfuzlu mükafatı hesab olunur. Mükafat ilk dəfə 1956-cı ildə təqdim edilib.

Milli komandaların kapitanları və məşqçiləri, idman jurnalistləri planetin ən yaxşı oyunçusuna səs verirlər. Hazırda “Qızıl top” mükafatları 4 kateqoriya üzrə təqdim olunur: ən yaxşı kişi oyunçuya, ən yaxşı qadın oyunçuya, 21 yaşa qədər ən yaxşı oyunçuya və ən yaxşı qapıçıya.

Mənbə: olympics.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir