MARAQLI

Havada həyəcanlı anlar: 20 nəfər xəsarət aldı – FOTO/VİDEO

Sharing is caring!

Almaniyadan Afrikaya yollanan təyyarədə havada həyəcanlı anlar yaşanıb.

Belə ki, Frankfurt-Mavrikiya reysini həyata keçirən təyyarə hava boşluğuna düşüb, nəticədə göyərtə zədələnib, həmçinin heyət üzvləri də daxil olmaqla 20 nəfər xəsarət alıb.

Aviaşirkətdən verilən məlumata görə, qorxulu hadisə enişdən 2 saat əvvəl baş verib.

Təyyarədə 272 sərnişin və 13 heyət üzvü olub.

Bununla belə, təcrübəli pilotlar təyyarəni Mavrikiyanın paytaxtı Port-Luis hava limanına təhlükəsiz endirə biliblər. Yaralananlar müayinə üçün yaxınlıqdakı tibbi müəssisəyə göndəriliblər.

Mənbə: Star.com.tr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir