İdman

“El-klasiko”: Bellinqem “Barselona”nı son dəqiqə qolu ilə cəzalandırdı – VİDEO

Sharing is caring!


İspaniya La Liqasının XI turunda “El-klasiko” baş tutub.

Oxu.Az xəbər verir ki, “Barselona” və “Real Madrid” Kataloniya klubunun meydanında üz-üzə gəliblər.

Matç qonaqların qələbəsi ilə başa çatıb – 1:2. Hesabı altıncı dəqiqədə “Barsa” açıb. İlkay Gündoğan rəqib müdafiəçilərin səhvindən sonra topu tora qovuşdurub.

Lakin qonaqlar təslim olmayıblar. 68-ci dəqiqədə Cud Bellinqem uzaq məsafədən vurduğu möhtəşəm zərbə ilə hesabda tarazlıq yaradıb. 90+2-ci dəqiqədə isə ingilis futbolçu dubl edərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra xallarını 30-a çatdıran “Real Madrid” vahid liderdir. Komanda ən yaxın izləyicisi “Jirona”nı iki xal üstələyir. “Barselona” 24 xalla üçüncüdür.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir