İdman

Avropada günün maraqlı oyunları: Bu gün “El-Klassiko” var – AFİŞA

Sharing is caring!


Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları keçiriləcək. 

Oxu.Az xəbər verir, İngiltərə Premyer Liqasında turnir cədvəlində vəziyyətini yaxşılaşdırmağa çalışan “Çelsi” – “Brentford”u sınağa çəkəcək. Hazırda üçüncü pillədə qərarlaşan “Arsenal” autsayder “Şeffild Yunayted”i qəbul edəcək. İlk dördlüyə iddiasını davam etdirən “Nyukasl” “Vulverhemton”un qonağı olacaq.

Almaniya Bundesliqasında son çempion “Bavariya” “Darmştadt” qəbul edəcək. Mövsümə uğurlu başlayan “Ştutqart” “Hoffenhaym”la üz-üzə gələcək.

İtaliya A Seriyasının üçüncü pilləsində qərarlaşan “Yuventus” son sıralardan uzaqlaşmağa çalışan “Verona”nı sınağa çəkəcək.

İspaniya La Liqasında bu gün “El-Klassiko” baş tutacaq. “Barselona” və “Real Madrid” XI tur oyununda üz-üzə gələcəklər. “Kamp Nou”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:15-də başlanacaq. 10 matçda 25 xal toplayan “Real Madrid” ikinci, 24 xalı olan “Barselona” üçüncüdür.

Türkiyə Super Liqasında son çempion “Qalatasaray” “Rizespor”un qonağı olacaq.

Avropada günün maraqlı oyunları

28 oktyabr

İngiltərə Premyer Liqası

15:30. “Çelsi” – “Brentford”
18:00. “Arsenal” – “Şeffild Yunayted”
20:30. “Volverhempton” – “Nyukasl” 

Almaniya Bundesliqası

17:30. “Bavariya” – “Darmştadt”
17:30. “Ştutqart” – “Hoffenhaym” 

İtaliya A Seriyası

22:45. “Yuventus” – “Verona”

İspaniya La Liqası

18:15. “Barselona” – “Real Madrid” 

Türkiyə Super Liqası

20:00. “Rizespor” – “Qalatasaray”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir