İdman

“Araz-Naxçıvan”ın futbolçusu: “Qarabağ”la oyuna yüz faiz hazıram”

Sharing is caring!


“Qarabağ”la oyuna demək olar ki, yüz faiz hazıram”.

Bunu “Araz-Naxçıvan”ın futbolçusu İsmail Azzaui klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Zədəli olduğuna görə Azərbaycan Premyer Liqasının X turunun “Qəbələ”yə qarşı səfər oyununda meydana çıxa bilməyən 25 yaşlı yarımmüdafiəçi artıq problemin geridə qaldığını söyləyib:

“Ötən həftə ayağımda ağrı var idi. Zədəm “Qəbələ” ilə oyunda meydana çıxmağa imkan vermədiyinə görə komandama kömək edə bilmədim. Bir neçə günlük istirahət və müalicədən sonra kollektivlə birgə məşqlərə qoşulmuşam”.

Belçikalı futbolçu XI turda “Qarabağ”la keçiriləcək qarşılaşmaya müsbət nəticə qazanmaq üçün çıxacaqlarını vurğulayıb:

“Qarabağ” barədə nəsə demək artıqdır. Azərbaycanın ən məşhur və güclü klublarından biridir. Bizim komandamız da Premyer Liqada keyfiyyətli futbol oynayan kollektivlərdəndir. Əlbəttə, çətin və ağır oyun olacaq. Onlarla birinci dövrədəki matçı xatırlayıram. Son dəqiqəyə qədər hesab 1:1 idi, yalnız əlavə olunmuş dəqiqədə vurulan qol xal qazanmağımıza imkan vermədi. Ona görə əvvəlcədən necə olacağını demək mümkün deyil. Biz də yaxşı nəticə qazana bilərik. Meydana bunun üçün çıxacağıq”.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Qarabağ” oyunu oktyabrın 30-da, saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir