İdman

“Neftçi”nin aşağı yaş qruplarından ibarət komandaları İsveçdə təcrübə keçə bilərlər

Sharing is caring!


“Neftçi” klubunun aşağı yaş qruplarından ibarət komandaları İsveçdə təcrübə keçə bilərlər”.

“Report”un məlumatına görə, bu barədə “ağ-qaralar”ın idman direktoru Yens Andersson mətbuat konfransında bildirib.

İsveçdən olan mütəxəssis konkret planlar olmasa da, məsələnin müzakirəyə açıq olduğunu vurğulayıb:

“Azərbaycan futbolu ilə bağlı təcrübəm hələlik çox deyil. AVRO-2024-ün seçmə mərhələsində milli komandanıza qarşı oyun keçirmişik. Noyabrda da İsveç yığması buraya gələcək”.

O, ölkəsindən “Neftçi”yə futbolçu transfer olunması ehtimalına da toxunub:

“Ola bilər. Amma mütləq şəkildə isveçli olması şərt deyil. Yaxşı futbolçu fərqli mədəniyyətə uyğunlaşa biləcəkmi? Ümumiyyətlə, gələn legionerin Azərbaycanda nə dərəcədə özünü göstərə biləcəyinə baxmaq lazımdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir