İdman

Premyer Liqa klubları cəzalandırıldılar

Sharing is caring!


AFFA İntizam Komitəsinin iclası keçirilib.

Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata görə, toplantıda Azərbaycan Premyer Liqasının X turunda yaşananlara hüquqi qiymət verilib.

“Turan Tovuz” – “Qarabağ” oyununda meydan sahiblərinin beş futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

Sözügedən matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” klubu 800 manat cərimələnib.

“Səbail” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə ev sahibi 800 manat cərimə olunub.

“Kəpəz” – “Zirə” oyununda qonaqların beş futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

“Sabah” – “Sumqayıt” oyununun 78-ci dəqiqəsində meydan sahiblərinin meneceri İlqar İsrafilov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün bir oyun cəzalanıb, klub 1000 manat cərimələnib.

“Qəbələ” – “Araz-Naxçıvan” oyununun 29-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu İlkin Qırtımov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün bir oyun cəzalanıb, klub 800 manat cərimə olunub. Oyunun 60-cı dəqiqəsində Osama Xalayla ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün bir oyun cəzalanıb, “Qəbələ” klubu 500 manat cərimə edilib.

Ümumilikdə, beş klub 4300 manat cərimə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir