İdman

Xabi Alonso: “İndi yalnız “Qarabağ” barədə düşünürük”

Sharing is caring!


“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Bayer”in baş məşqçisi Xabi Alonso mövsümün qalan hissəsi barədə fikirlərini bildirib.

İspaniyalı mütəxəssis indi bütün diqqətlərini Azərbaycan təmsilçisi ilə qarşılaşmaya yönəltdiklərini vurğulayıb:

“Hər zaman eyni heyətlə oynamaq, demək olar ki, mümkün deyil. Hər kəsin oynamağa hazır olması lazımdır. Xoşbəxtəm ki, yaxşı komandamız var. Hamı bir-birini dəstəkləyir. Hər kəsin meydana çıxmaq şansı olacaq. Futbolçular acdır. Yaxşı durumdayıq, enerjimiz var. Ancaq hələ oktyabrdayıq. İndidən may ayı barədə danışmaq ağıllı olmaz. Hələ çox matçlar olacaq. Hər bir görüş də çətin olur. İndi yalnız “Qarabağ” barədə düşünürük. Ondan sonra “Frayburq”la çempionat görüşünə köklənəcəyik”.

Xatırladaq ki, Leverkuzen klubu Almaniya Bundesliqasında səkkiz turdan sonra 22 xalla liderdir.

Qeyd edək ki, “Bayer” – “Qarabağ” oyunu oktyabrın 26-da “Bay-Arena”da keçiriləcək.

Mənbə: bild.de

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir