İdman

Azərbaycan Premyer Liqası: “Bayquşlar” 24-cü oldular

Sharing is caring!


Azərbaycan Premyer Liqasının X turunun “Sumqayıt”la ev oyunundakı qələbəsi “Sabah” üçün əlamətdar olub.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, 3:1 hesabı ilə qalib gələn “bayquşlar” Azərbaycan çempionatlarında öz meydanında 30-cu dəfə üç xal qazanıb.

Premyer Liqada 2018-ci ildə debüt edən paytaxt təmsilçisi buna 75-ci matçında nail olub. “Sabah” ölkə çempionatları tarixinə evdə 30 və daha çox qələbə qazanan 24-cü komanda kimi düşüb.

Bakılıların ilk belə uğuru 2017/18 mövsümünə təsadüf edib. 2018-ci il sentyabrın 16-da “Qəbələ”ni qəbul edən “Sabah” 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Murad Musayevin yetirmələri cari mövsümdəki qələbəsizlik seriyasına da son qoyublar. I turun avqustun 6-da keçirilən “Qəbələ” ilə ev görüşündə 5 cavabsız qol vuran “Sabah” sonrakı 7 görüşdə 4 heç-heçə edib və 3 məğlubiyyət alıb. “Sumqayıt”la matçadək ardıcıl 3 sülhə imza atan komanda 76 gündən sonra qələbə sevinci yaşayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir