İdman

Premyer Liqa: “Qarabağ” Tovuz səfərində, “Neftçi” “Səbail”ə qonaq olacaq – AFİŞA

Sharing is caring!


Bu gün Azərbaycan Premyer Liqasında X turun matçları ilə II dövrəyə start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Son çempion “Qarabağ” “Turan Tovuz”un qonağı olacaq. Görüş saat 18:30-da start götürəcək. Ağdam təmsilçisi hazırda 19 xalla turnir cədvəlində ikinci, Tovuz klubu isə 11 xalla altıncıdır. Tərəflər arasında bu il keçirilmiş ilk oyunda “atlılar” böyük hesabla qalib gəlib.

Günün digər matçında “Neftçi” Bayılda “Səbail”in müqavimətini qırmağa çalışacaq. “Dənizçilər” 17 xalla üçüncü, “ağ-qaralar! 12 xalla beşincidirlər. Komandaların ilk dövrədəki duelində qalib müəyyənləşməyib – 1:1.

Azərbaycan Premyer Liqası
X tur

20 oktyabr

18:30. “Turan Tovuz” – “Qarabağ”
Baş hakim: Fərid Hacıyev
Tovuz şəhər stadionu

20:30. “Səbail” – “Neftçi”
Baş hakim: Əliyar Ağayev
“ASCO Arena”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir