İdman

“Sabah”ın prezidenti Klublar Komitəsinin sədri seçilib – FOTO

Sharing is caring!


Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.

Oxu.Az qurumun rəsmi saytına istinadən məlumatına görə, toplantıda assosiasiyanın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.

Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, komitənin sədri vəzifəsinə seçki keçirilib. “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov səs çoxluğu ilə Klublar Komitəsinin sədri seçilib. İclasda digər məsələlər də müzakirə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir