İdman

Ayxan Abbasov: “Millimizin qələbəsi reytinq və mövqe baxımından çox yaxşı olar”

Sharing is caring!


“Millimizin qələbəsi həm reytinq, həm də qrupdakı mövqe baxımından çox yaxşı olar”.

Bunu “Report”a açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə keçirəcəyi səfər oyunu ilə bağlı danışarkən deyib.

42 yaşlı mütəxəssis Tallindəki qarşılaşmanın çətin keçəcəyini bildirib:

“Estonları zəif saya bilmərik. Çünki bizimlə Bakıda heç-heçə etmişdilər. Hətta hesabda da önə keçən tərəf olmuşdular. Bu dəfə səfərdə çıxış edəcəyik. Çətin oyun olacaq”.

A.Abbasov yığmanın heyətində legionerlərin çoxluq təşkil etməsinin üstünlük olduğunu düşünür:

“Milli üzvlərinin potensialı yüksəkdir. Sevindirici haldır ki, Türkiyə Superliqasında, Xorvatiya və İsveçin yüksək liqalarında çıxış edən futbolçularımız var. Renat Dadaşov, Mahir Emreli, Musa Qurbanlı, Ramil Şeydayev kimi hücumçulara malikik. Onların xaricdə oynamalarının milliyə ciddi təsiri olacaq. İndiki nəslin yaxşı potensialı var. Bəlkə də çox şey gözləyirik. Düşünürəm ki, hələ gec deyil”.

Qeyd edək ki, bu gün keçiriləcək Estoniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir