İdman

Niderland Azərbaycan yığmasının milliləşdirilmiş oyunçuları ilə bağlı UEFA-ya şikayət edəcək

Sharing is caring!


Niderland Kral Futbol Federasiyası Azərbaycan, Qazaxıstan və Rumıniya yığmalarının milliləşdirilmiş futzalçıları ilə bağlı UEFA-ya şikayət ünvanlayacaq.

Qurum 2024-cü ildə keçiriləcək dünya çempionatının elit raundunda A qrupundakı rəqiblərinin milliləşdirmə prosesini şəffaf apardığından əmin olmaq istəyir. Federasiya futzalçıların pasportlarına yenidən baxılmasını, sənədlərinin təhlilini tələb edəcək.

Qeyd edək ki, bu həftənin əvvəlində UEFA Portuqaliya ilə Finlandiyanın şikayətləri əsasında Gürcüstan və Ermənistan yığmalarının oyunçuların uyğunluğu ilə bağlı qaydaları pozduğunu açıqlayıb. Nəticədə Ermənistan və Gürcüstan yığmalarına texniki məğlubiyyət verilib.

Xatırladaq ki, Azərbaycan millisi elit raunda Braziliya və İrandan olan doqquz milliləşdirilmiş futzalçını cəlb edib. Komanda hazırda üç xalla üçüncü yerdədir. Niderlandın isə bir xalı var. Azərbaycan millisi sentyabrda bu rəqibini 6:1 hesabı ilə məğlub edib. Qazaxıstan doqquz xalla qrup lideridirsə, Rumıniya yeddi xalla ikincidir.

Mənbə: relevo.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir