İdman

AVRO-2024: Azərbaycan millisinin rəqibi itki ilə üzləşib

Sharing is caring!


İsveç millisi Moldovaya qarşı yoldaşlıq, Belçika ilə AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl itki ilə üzləşib.

İngiltərənin “Nyukasl” klubundan heyətə cəlb edilən Aleksandr İsak bu matçlarda meydana çıxa bilməyəcək.

24 yaşlı hücumçu “Vest Hem”lə 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın VIII turunun matçında zədələnib. Yığmanın düşərgəsində aparılan müayinələrdən sonra forvardın komandaya kömək edə bilməyəcəyi bəlli olub.

Qeyd edək ki, oktyabrın 12-də Moldova ilə üz-üzə gələcək İsveç bundan 4 gün sonra Belçikanın qonağı olacaq. İsveç Azərbaycan millisinin də yer aldığı F qrupunda mübarizə aparır.

Mənbə: “The Athletic”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir