İdman

“Neftçi”nin zədə səbəbindən millidən ayrı düşən futbolçusunun durumuna aydınlıq gəldi

Sharing is caring!


“Neftçi”nin zədə səbəbindən milli komandanın düşərgəsindən ayrılan futbolçusu Eddi İsrafilovun sağlamlıq durumuna aydınlq gəlib.

Paytaxt təmsilçisinin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında təcrübəli oyunçunun iki həftə sonra fərdi məşqlərə başlayacağını bildirib:

“Eddi “Qarabağ”la oyunda zədə alıb. Epizodların birində ona qarşı kobudluq zamanı yıxılarkən bud əzələsində dartılma baş verdi. Hazırda ağrıları var. Təxminən iki həftəlik müalicədən sonra əvvəlcə fərdi olaraq, daha sonra komanda ilə məşqlərə başlayacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir