İdman

Azərbaycan Premyer Liqası: Birinci dövrənin qol rekordları – STATİSTİKA

Sharing is caring!


Azərbaycan Premyer Liqasının birinci dövrəsində ən çox qeydə alınan hesab 1:0 olub.

“Report”un məlumatına görə, 44 oyundan 9-da meydan sahibi komanda vurduğu yeganə qol sayəsində hesabına 3 xal yazdırıb.

İkinci ən populyar hesab 1:1-dir. 6 matçda hər iki tərəf bir qola imza atıb. 5 qarşılaşmada isə qonaqlar vurduqları yeganə qol sayəsində qalibiyyət əldə ediblər. Maraqlıdır ki, cəmi bir oyunda azarkeşlər qol görməyiblər. Bu, VII turun “Sumqayıt” – “Turan Tovuz” görüşünə təsadüf edib.

Mövsümün ən erkən qolu 2-ci dəqiqədə vurulub. Bu hala iki dəfə rast gəlinib. Ən gec qol isə 90+5-ci dəqiqədə olub. İki qarşılaşmada əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə hakim mərkəzi göstərib.

Hələlik ən məhsuldar tur 1-ci turdur. Açılış turunda ümumilikdə 15 qol hesaba alınıb. II tur isə 8 qolla ən aşağı məhsuldarlığa malikdir.

Hakimlər geridə qalan dönəmdə 14 dəfə penalti nöqtəsini göstəriblər. Birinci dövrədə 11 metrlik zərbə vurmaq hüququ qazanmayan yeganə komanda “Turan Tovuz”dur.

Cari mövsüm qapılara ümumilikdə 100 qol vurulub. Bunun cəmi ikisi avtoqol kimi qeydə alınıb. Digər 98 qoldan 29-na yerli, 69-na isə əcnəbi futbolçular imza atıblar.

Qeyd edək ki, Premyer Liqada II dövrəyə oktyabrın 20-də start veriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir