İdman

Eden Azar 32 yaşında karyerasını başa vurdu

Sharing is caring!


Belçika millisinin sabiq futbolçusu Eden Azar karyerasını başa vurub.

32 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib.

E.Azar son olaraq İspaniya “Real Madrid”ində çıxış edib. O, daha çox İngiltərənin “Çelsi” klubundakı çıxışı ilə yadda qalıb. Azar London təmsilçisinin heyətində iki dəfə İngiltərə çempionu olub, eyni sayda UEFA  Avropa Liqasını qazanıb. Madrid klubunda iki dəfə İspaniyanın ən güclüsü olan Azar bir dəfə də Çempionlar Liqasınin qalibi olub. Klub karyerasında çoxlu digər titul əldə edən futbolçu 2018-ci ildə keçirilən dünya çempionatında Belçika millisinin heyətində üçüncü yeri tutub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir