İdman

“Real Madrid”in ulduzu Azərbaycan millisinə qarşı oynamayacaq

Sharing is caring!


Avstriya millisinin futbolçusu David Alaba AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Belçikaya qarşı oyunları buraxacaq.

Bu barədə Avstriya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Bildirilib ki, 31 yaşlı müdafiəçi heyətdən çıxarılıb.

Buna səbəb tibbi müayinələrdən sonra onun oyunlara hazır olmayacağının üzə çıxmasıdır. İspaniya “Real Madrid”inin 31 yaşlı oyunçusu klubun düşərgəsində qalacaq.

Qeyd edək ki, oktyabrın 13-də Vyanada Belçikanı qəbul edəcək avstriyalılar üç gün sonra Bakıda Azərbaycan millisinin qonağı olacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir