İdman

Azərbaycan boksçusu Avropa kubokuna qələbə ilə başladı

Sharing is caring!


Azərbaycan boksçusu Şamil Əskərov Monteneqronun Budva şəhərində keçirilən Avropa kubokuna qələbə ilə başlayıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 57 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü türkiyəli Batuhan Ciftçini mübarizədən kənarlaşdırıb.

O, rəqibini 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. Əskərov 1/4 finalda ispaniyalı Qabriel Eskobarla döyüşəcək. Görüş oktyabrın 11-də olacaq.

Rauf Rəhimov (92 kq) isə Enmanuel Reyeslə (İspaniya) qarşılaşıb və məğlub olaraq yarışla vidalaşıb.

Qeyd edək ki, 29 ölkədən 156 boksçunun qatıldığı Avropa kubokunun ikinci günü Azərbaycanın üç idmançısı rinqə çıxacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir