İdman

Jiru qapıda dayandı, “Milan” A Seriyasının yeni lideri oldu – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasında lider dəyişib.

Oxu.Az xəbər verir ki, “Milan” VIII turda səfərdə “Cenoa”ya qalib gəlməklə zirvəni ələ keçirib.

Qarşılaşma “rossoneri”nin minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1. Yeganə qolu 87-ci dəqiqədə Kristian Pulişiç vurub.

Oyunun sonlarında maraqlı hadisələr baş verib. 90+9-cu dəqiqədə “Milan”ın qapıçısı Mik Menyan qırmızı vərəqə alaraq meydandan qovulub. Komandada əvəzetmə limiti dolduğundan Menyanı qapıda hücumçu Olivye Jiru əvəzləyib. O hətta bir epizodda komandanı qoldan xilas etməyi də bacarıb.

Qələbə sayəsində xallarını 21-ə çatdıran “Milan” əzəli rəqibi “İnter”i geridə qoyaraq birinci pilləyə yüksəlib. Hazırda “Nerazzuri”nin 19 xalı var. “Cenoa” isə səkkiz xalla 15-ci sıradadır.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir