İdman

“Bavariya” arvadını döyən futbolçu ilə müqavilə imzalamaqdan imtina etdi

Sharing is caring!


“Bavariya” keçmiş futbolçusu Jerom Boatenqlə müqavilə imzalamaqdan imtina edib.

Buna səbəb 35 yaşlı mərkəz müdafiəçinin keçmiş arvadına qarşı zorakılıqda ittiham edilməsidir. Məsələ ilə bağlı cinayət işi açılıb və Boatenq 1,8 milyon avro cərimələnib. Lakin proses hələ davam edir. Yaxın gələcəkdə növbəti məhkəmə iclasının təşkil ediləcəyi bildirilir.

Jerom Boatenq 2011-2021-ci illərdə “Bavariya”da oynayıb. O, bu yay Fransa “Lion”undan ayrılıb və hazırda heç bir klubla müqaviləsi yoxdur.

Mənbə: bild.de

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir