İdman

İsveçlilərlə yeddinci duel: “Qarabağ” onların dilini yaxşı bilir

Sharing is caring!


“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin II turunda “Hakken”in qonağı olacaq.

Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçiləri buna qədər avrokuboklarda İsveç komandaları ilə altı dəfə qarşılaşıblar.

Bu qarşılaşmaların dördü “Qarabağ”ın iştirakı ilə baş tutub. Ağdam təmsilçisi 2013-cü ildə Avropa Liqasında (AL) “Gefle”ni hər iki görüşdə məğlub edib.

“Atlılar” 2016-cı ildə bu turnirdə “Göteborq”la üz-üzə gəliblər. Səfərdə uduzan kollektiv Bakıda qələbə qazanmaqla mərhələ keçən tərəf olub.

Daha bir dəfə isə “İnter” (hazırkı “Şamaxı” – red.) AL-də isveçlilərlə üz-üzə gəlib. Səfərdə “Elfsborq”a minimal hesabla qalib gələn komanda evdə eyni hesabla uduzub. Penaltilər seriyasında daha dəqiq olan skandinavlar mərhələ adlayıblar.

Azərbaycan və İsveç klublarının avrokuboklardakı oyunları:

Avropa Liqası, 2013/14 mövsümü: “Qarabağ” – “Gefle” – 1:0, “Gefle” – “Qarabağ” – 0:2

Avropa Liqası, 2014/15 mövsümü: “Elfsborq” – “İnter” – 0:1, “İnter” – “Elfsborq” – 0:1 (penaltilər – 3:4)

Avropa Liqası, 2016/17 mövsümü: “Göteborq” – “Qarabağ” – 1:0, “Qarabağ” – “Göteborq” – 3:0

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 23:00-da başlayacaq.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir