İdman

Millimizin üzvü Macarıstan klubu ilə bu mövsüm ilk kubokunu qazanıb

Sharing is caring!


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova klub mövsümündə ilk kuboku qazanıb.

Oxu.Az xəbər verir ki, blokçumuzun formasını geyindiyi Macarıstanın “Vaşaş” klubu yeni mövsümə hazırlıq çərçivəsində beynəlxalq yarışın qalibi olub. Voleybolçumuzun komandası Polşada keçirilən “Amica Cup 2023” turnirində Polşanın “Volley Vrotslav” klubunu 3:1, Almaniya “Drezdner”i və Çexiya təmsilçisi “Dukla Liberets” klublarını 3:2 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.

Qeyd edək ki, oktyabrın 1-də baş tutmuş son oyunda Ayşənə istirahət verilib. Lakin komandası 0:2 hesabı ilə geri düşdüyündən məşqçi onu oyuna daxil edib. Eyni zamanda “Vaşaş”ın kapitanı olan Abduləzimovanın meydana çıxmasından sonra Macarıstan təmsilçisi geridönüş edə bilib və yekunda 3:2 hesablı qələbə qazanıb. Millimizin üzvü üç set ərzində səkkiz xal əldə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir