İdman

Azərbaycan millisinin sabiq üzvü Çempionlar Liqasının bombardirləri siyahısında yer alıb – FOTO

Sharing is caring!


UEFA Çempionlar Liqasında ən çox qol vuran futzalçıların adları açıqlanıb.

“Report”un məlumatına görə, siyahıda Azərbaycan yığmasının sabiq oyunçusu və hazırda komandada baş məşqçi kimi işləyən Vitali Borisov da var.

Uzun illər “Araz-Naxçıvan”ın formasını geyinən və bu klubla bürünc medal qazanan, həmçinin Serbiya çempionu “Ekonomaç”la analoji yarışa qatılan keçmiş futzalçı 45 qol vurub.

O, bu göstərici ilə 4-cü pillədədir. Lider isə Portuqaliya yığmasının əfsanəsi Rikardinyodur. Cari mövsümdə Latviya çempionu “Riqa”nın forması ilə Çempionlar Liqasında iştirak edən məşhur 10 nömrənin aktivində 55 qol var. Andre Vanderley 54, Lusio isə 50 qol vurub. İlk 5-liyi Kirilo qapayır – 44 qol.

Qeyd edək ki, Vitali Borisov hazırda “Araz-Naxçıvan” klubunun baş məşqçisidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir