İdman

ABŞ yığmasının heyətində dünya çempionu olan azərbaycanlı güləşçi kimdir? – VİDEO

Sharing is caring!


Əslən Azərbaycandan olan Vito Arucau ABŞ yığmasının heyətində güləş üzrə dünya çempionu olub.

Oxu.Az xəbər verir ki, o, finala qədər Qazaxıstan, Bolqarıstan, Yaponiya və Qırğızıstan güləşçilərini məğlub edib. Qızıl medal uğrunda görüşdə Vitonun rəqibi 2021-ci ilin dünya çempionu Abasqaci Maqomedov olub. Rusiyalı idmançı ilə mübarizədə 10:9 üstün olan Arucau dünya çempionu adını qazanıb.

Vito Arucaunun əsl adı Vitali Orucovdur. Onun atası Vüqar Orucov Bakıda anadan olub. Keçmiş güləşçi 1992-ci ildə Barselonada keçirilən Olimpiya Oyunlarında MDB komandasının heyətində bürünc medal qazanıb. Belarus və Rusiyanı təmsil edən idmançı şimal qonşumuzun heyətində dünya və Avropa çempionu olmağı bacarıb. Daha sonra ABŞ-yə köçən V.Orucovun üç oğlundan məhz Vitali orada – Nyu-Yorkda dünyaya gəlib.

Atasının yolunu davam etdirən Arucau iki dəfə Pan-Amerika Çempionatının qalibi olub. O, ən böyük uğuruna isə ilk dəfə qatıldığı mundialda çempionluq əldə etməklə nail olub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir