İdman

Məşhur futbolçu Azərbaycan klubundakı məqsədini açıqladı

Sharing is caring!


“Burada əsas məqsədim klubun tarixi uğurlarında pay sahibi olmaqdır”.

Bu sözləri “Sabah”ın yeni transferi İshak Belfodil klubun mətbuat xidmətinə açıqlamasında deyib.

31 yaşlı əlcəzairli məşhur hücumçu oyuna çıxacağı anı səbirsizliklə gözlədiyini bildirib:

“Burada olmaqdan çox şadam. “Sabah” gənc klubdur. Azarkeşlərimizə məni xoş qarşıladıqlarına görə təşəkkür edirəm. Mən və komanda var qüvvəmizlə çalışaraq əlimizdən gələni edəcəyik ki, onları müsbət nəticələrimizlə sevindirək”.

Qeyd edək ki, “Sabah” Belfodillə 2+1 illik müqavilə imzalayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir