İdman

Polşa millisi baş məşqçisini istefaya göndərib

Sharing is caring!


Polşa Futbol İttifaqı sentyabrın 13-dən etibarən Polşa millisinin baş məşqçisi Fernandu Santuşun tutduğu vəzifədən uzaqlaşdırıldığını açıqlayıb.

Məlumata görə, artıq yeni məşqçi axtarışlarına başlanılıb.

Qeyd edək ki, Polşa AVRO-2024-ün seçmə mərhələsində uğursuz çıxış edir, beş oyundan sonra altı xal toplayaraq qrupda 4-cü yeri tutur.

Santuş DÇ-2022-nin ardından Portuqaliya yığmasından qovulduqdan sonra yanvar ayından Polşa seçməsini çalışdırır. Komandanın başında mütəxəssis altı oyun keçirib (üç qələbə və üç məğlubiyyət).

Xatırladaq ki, Polşa daha əvvəl Andrey Şevçenkonun məşqçi təyin olunması imkanını nəzərdən keçirirdi.

Mənbə: sport.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir