İdman

Poqbanın dopinq testi müsbət çıxdı: Dörd il futboldan kənar qala bilər

Sharing is caring!


Fransa millisi və “Yuventus” klubunun futbolçusu Pol Poqbanın “Udineze” ilə İtaliya çempionatının ilk tur matçından sonra verdiyi dopinq testi müsbət nəticə verib.

Görüş avqustun 20-də baş tutub və “Yuve”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ümumdünya Antidopinq Agentliyinin məcəlləsinə əsasən, Poqbanı 4 illik cəza gözləyir. Hazırda o, müvəqqəti olaraq klubun əsas heyətindən kənarlaşdırılıb.

Xatırladaq ki, futbolçunun 30 yaşı var. O, 2018-ci il dünya çempionu, 2016-cı il Avropa çempionatının gümüş mükafatçısıdır. Poqba həm də Avropa Liqasının qalibi (2017), 4 qat İtaliya çempionudur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir