İdman

ABŞ təmsilçisi Şon Striklend orta çəkidə yeni UFC çempionu olub

Sharing is caring!


ABŞ-nin qarışıq döyüş növləri üzrə döyüşçüsü Şon Striklend orta çəkidə çempionluq kəməri uğrunda döyüşdə Yeni zelandiyalı İsrael Adesanyaya qalib gəlib.

Məlumata görə, qarşılaşmanın bütün beş raundunun yekununda Striklend yekdil qərarla mükafatlandırılıb. Döyüş Sidneydə keçirilən UFC-293-ün əsas hadisəsi olub.

Nəticədə titulun əvvəlki sahibi Adesanya kəmərdən məhrum olub, Striklend orta çəkidə yeni UFC çempionu olub. 32 yaşlı döyüşçünün karyerasında beş məğlubiyyəti, 28 qələbəsi var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir