İdman

Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

Sharing is caring!


Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə 13-14 sentyabr tarixində Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək.

AKAF-ın mətbuat xidmətindən verilən məlumata görə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq yarışda Bakıdan və Mingəçevirdən olan 100-ə yaxın idmançı mübarizə aparacaq. İştirakçılar akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində birincilik üçün yarışacaq. 

Əsas hədəflərindən biri ölkəmizdə avarçəkmə idman növünün populyarlığını artırmaq, kütləviliyi təmin etmək olan AKAF bu məqsədlə Azərbaycan çempionatında əsasən yeniyetmə və gənc idmançıların iştirakına üstünlük verəcək.

Qaliblər medal və diplomla mükafatlandırılacaq. Fərqlənən avarçəkənlər gələcəkdə yığma komandanın heyətinə cəlb olunmaqla yanaşı oktyabrda təşkil ediləcək beynəlxalq Mingəçevir Reqatasında mübarizə aparmaq şansı qazanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir