İdman

“Qarabağ”dan son 12 mövsümün ən uğursuz startı

Sharing is caring!


“Qarabağ” son 12 mövsümdə özünün ən uğursuz startına imza atıb.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, son çempion beş turdan sonra yaranan fasiləyə yeddi xalla yollanıb. Qurban Qurbanovun yetirmələri V turda “Səbail”ə 1:2 hesabı ilə uduzublar. Ağdam klubu arxada qalan oyunlarda iki qələbə, bir heç-heçə və iki məğlubiyyət yaşayıb.

“Qarabağ” sonuncu dəfə 2011/12 mövsümündə ilk 5 oyunda bu qədər az xal toplayıb. Həmin vaxt da ağdamlılar 7 xal yığıb. Sonrakı illərdə bu rəqəm daha yüksək olub.

Ağdam klubunun daha zəif startı isə sonuncu dəfə 2007/08 mövsümünə təsadüf edib. 16 il öncə komanda 5 turda cəmi 3 xal toplayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir