İdman

“Mançester Yunayted” zorlamada ittiham olunmuş futbolçusunu icarəyə verdi – FOTO

Sharing is caring!


İspaniyanın “Xetafe” klubu “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvudu transfer etdiyini açıqlayıb.

Hücumçu 2023/24 mövsümünün sonuna kimi La Liqa komandasında icarə əsasında çıxış edəcək.

21 yaşlı ingiltərəli hücumçu 2018-ci ildən çıxış etdiyi “Mançester Yunayted”in yetirməsidir. Qrinvud “qırmızı şeytanlar”dakı karyerası ərzində əsas komandada 129 oyun keçirib, 35 qol vurub və 12 məhsuldar ötürmə verib. Onun Premyer Liqa klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər, daha bir mövsüm uzadılma ehtimalı ilə başa çatır.

“Meyson Qrinvud “Xetafe” ilə müqavilə imzalayıb və bu mövsüm klubda icarə əsasında oynayacaq. Bu hərəkət Meysonun karyerasını “Mançester Yunayted”dən uzaqda yenidən qurmağa imkan verəcək, lakin klub bu keçid dövründə Meyson və ailəsini dəstəkləməyə davam edəcək”, – deyə “Yunayted”in bəyanatında bildirilib.

Xatırladaq ki, 21 yaşlı hücumçu keçən ilin əvvəlində sevgilisi Harriet Robsonu zorlamaqda və ona fiziki xəsarət yetirməkdə ittiham edilib. 2023-cü ilin avqustunda “Mançester Yunayted” onunla müqaviləsini ləğv etmək planlarını açıqladı. Ancaq 2023-cü ilin fevralında ingiltərəli oyunçunun üzərindən bütün ittihamlar götürülüb. O, sonuncu dəfə 2022-ci ilin yanvarında meydana çıxıb.

Mənbə: Manutd.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir