İdman

“Qarabağ” tarixində 22-ci dəfə cavab görüşünə ilk matçda əldə etdiyi üstünlüklə çıxacaq – ARAŞDIRMA

Sharing is caring!


“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə cavab oyununda üz-üzə gələcək.

“Report”un araşdırmasına görə, Ağdam təmsilçisi tarixində 22-ci dəfə cavab görüşünə ilk matçda əldə etdiyi üstünlüklə çıxacaq.

Azərbaycan çempionu ötən həftə rəqibini Lyublyanada 2:0 hesabı ilə məğlub edib. “Qarabağ” bunadək 21 dəfə qrupa qədər keçirdiyi təsnifat və pley-off duellərinin birinci sınağından qalibiyyətlə ayrılıb. Təmsilçimiz bunun 19-da mərhələni adlamağı bacarıb.

Komanda Çempionlar Liqasında 10, Avropa Liqasında 9, Intertoto Kuboku və Konfrans Liqasında isə bir dəfə cütün ilk oyununda qələbə qazanıb. Bunların revanşında isə 11 qələbə, 6 heç-heçə və 4 məğlubiyyət qeydə alınıb.

“Qarabağ” indiyə qədər yalnız iki dəfə mərhələni adlaya bilməyib. Hər iki xoşagəlməz hadisə Çempionlar Liqasına təsadüf edib. 2014/2015 mövsümündə “Zaltsburq” (Avstriya), 2019/2020-də isə APOEL (Kipr) birinci matçda qeydə alınan 1:2 hesablı məğlubiyyətin əvəzini cavab qarşılaşmasında 2:0-lıq üstünlüklə çıxıblar. Ağdamlılar cavab görüşündə uduzduqları digər iki dueldə səfər qolu üstünlüyü ilə mərhələ adlayıblar.

Azərbaycan komandası “Olimpiya” ilə matça qədər 1996-cı ildən mübarizə apardığı avrokubokların 11 duelində səfərdə keçirdiyi ilk oyundan qalib dönüb. Həmin rəqiblərlə Bakıdakı cavab görüşlərində 7 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət qeydə alınıb. Yalnız 2019/2020 mövsümündə Kipr APOEL-i paytaxtımızdakı qarşılaşmada iki cavabsız qol sayəsində cütün taleyini xeyrinə dəyişməyi bacarıb. 1999-cu ildə Intertoto Kubokunda İsrailin “Makkabi” (Hayfa) klubu Bakıda 1:0 hesablı qələbə qazansa da, səfər qolu “Qarabağ”ı növbəti mərhələyə daşıyıb.

“Qarabağ”ın ilk dueldə qələbə qazandığı avrokubok oyunları:

Intertoto Kuboku (1999). “Makkabi” (Hayfa, İsrail) – 2:1 (səfərdə), 0:1 (evdə)

Avropa Liqası (2009/2010). “Honka” (Finlandiya) – 1:0 (s), 2:1 (e)

Avropa Liqası (2010/2011). “Metallurq” (Şimali Makedoniya) – 4:1 (e), 1:1 (s)

Avropa Liqası (2010/2011). “Portadaun” (Şimali İrlandiya) – 2:1 (s), 1:1 (e)

Avropa Liqası (2010/2011). “Visla” (Polşa) – 1:0 (s), 3:2 (e)

Avropa Liqası (2011/2012). “Banqa” (Litva) – 4:0 (s), 3:0 (e)

Avropa Liqası (2013/2014). “Metallurq” (Şimali Makedoniya) – 1:0 (s), 1:0 (e)

Avropa Liqası (2013/2014). “Pyast” (Polşa) – 2:1 (e), 2:2 (s)

Avropa Liqası (2013/2014). “Gefle” (İsveç) – 1:0 (e), 2:0 (s)

Çempionlar Liqası (2014/2015). “Valletta” (Malta) – 1:0 (s), 4:0 (e)

Çempionlar Liqası (2014/2015). “Zaltsburq” (Avstriya) – 2:1 (e), 0:2 (s)

Avropa Liqası (2015/2016). “Yanq Boyz” (İsveçrə) – 1:0 (s), 3:0 (e)

Çempionlar Liqası (2016/2017). “Düdelanj” (Lüksemburq) – 2:0 (e), 1:1 (s)

Çempionlar Liqası (2017/2018). “Samtrediya” (Gürcüstan) – 5:0 (e), 1:0 (s)

Çempionlar Liqası (2017/2018). “Kopenhagen” (Danimarka) – 1:0 (e), 1:2 (s)

Çempionlar Liqası (2018/2019). “Olimpiya” (Sloveniya) – 1:0 (s), 0:0 (e)

Çempionlar Liqası (2019/2020). APOEL (Kipr) – 2:1 (s), 0:2 (e)

Konfrans Liqası (2021/2022). “Aberdin” (Şotlandiya) – 1:0 (e), 3:1 (s)

Çempionlar Liqası (2022/2023). “Sürix” (İsveçrə) – 3:2 (e), 2:2 (s)

Çempionlar Liqası (2023/2024). “Linkoln” (Cəbəllütariq) – 2:1 (s), 4:0 (e)

Çempionlar Liqası (2023/2024). HİK (Finlandiya) – 2:1 (e), 2:1 (s)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir